Maraqlı

Smartfonlar üçün sürətli enerjidoldurma texnologiyası təqdim edilib

25 İyun 2019 08:59
0 Şərh     Baxış: 1 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Vivo" şirkəti smartfonlarının enerji ilə doldurulması üçün "Super FlashCharge" texnologiyasını təqdim edib. 120 vatt gücündə texnologiya 4000 milliamper/saat tutuma malik smartfonun akkumulyatorunu 13 dəqiqə ərzində enerji ilə doldurmağa imkan verir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Vivo" şirkətinin məlumatına görə, akkumulyatorun 50% şarjını doldurmaq üçün 5 dəqiqə vaxt lazımdır. Hazırda bu, smartfonların enerji ilə doldurulması üçün ən sürətli texnologiyadır.

Cari ilin martında "Xiaomi" şirkəti tərəfindən təqdim edilmiş 100 vatt gücündə "Super Charge Turbo" texnologiyası 4000 milliamper/saat tutuma malik akkumulyatoru 17 dəqiqə ərzində enerji ilə doldurmağa imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.