Maraqlı

“Microsoft Edge” adlı yeni brauzer “Windows 7” və “8” üçün əlçatan olub

25 İyun 2019 08:31
0 Şərh     Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə "Microsoft" öz veb-mühərrikini "Chromium" ilə əvəz edib. Bunun nəticəsində brauzer başqa əməliyyat sistemləri üçün əlçatan olub.

Şirkətin rəsmisi bildirib ki, "Edge" brauzerinin "Windows 7", "8" və "8.1" üçün versiyası "Windows 10" üçün nəzərdə tutulmuş versiya kimi işləyəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Microsoft"un brauzerinin yeni versiyası görünüşcə "Edge" və "Chrome" brauzerlərinin qarışığını xatırladır, dizaynına cüzi dəyişiklik edilib. "Chromium" veb mühərrikinə keçildikdən sonra brauzer bəzi funksiyalarından məhrum olub. Lakin "Edge" brauzeri "Chrome"un genişlənmələrini dəstəkləyəcək, onları birbaşa "Google" mağazasından yükləmək olar. Genişlənmələr "Chrome" brauzerində olduğu kimi dəqiq işləyir.

"Microsoft" öz yeni brauzerinə tədricən yeni funksiyalar əlavə edir, buna görə yekun versiya fərqlənə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.