Maraqlı

Məşhur İT şirkətləri rüsumlara qarşı çıxıblar

25 İyun 2019 08:21
0 Şərh     Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dell Technologies", "HP", "Microsoft" və "Intel" şirkətləri ABŞ Prezidenti Donald Trampın Çindən tədarük edilən noutbuk və planşetlərin idxalına rüsum qoyulan malların siyahısına daxil edilməsi ilə bağlı təklifinə qarşı çıxıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ-da klaviaturası ayrılan noutbuk və planşetlərin satışının 52 faizinin payına sahib "Dell", "HP" və "Microsoft" şirkətləri bəyan edib ki, təklif olunan rüsumlar ölkədə noutbukların qiymətinin bahalaşmasına səbəb olacaq.

Dörd şirkətin internetdə yerləşdirilən birgə bəyanatında deyilir ki, bu addım istehlakçılara və sahəyə ziyan vuracaq və ABŞ Ticarət Nümayəndəliyinin (USTR) düzəltmək istədiyi Çin ticarət siyasəti praktikasına şamil edilməyəcək.

Şirkətlər "Consumer Technology Association" (CTA) Assosiasiyasının tədqiqatına istinadən bildiriblər ki, təklif edilən rüsumların tətbiqi ABŞ-da planşet və noutbukların qiymətini minimum 19 faiz artıraraq noutbukun orta pərakəndə satış qiymətinə təxminən 120 dollar əlavə edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.