Maraqlı

ABŞ Kibertəhlükəsizlik Agentliyi “Windows” sistemini yeniləməyə çağırır

25 İyun 2019 07:51
0 Şərh     Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Milli Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyi (Cybersecurity and Infrastructure Security Agency, CISA) "Windows" əməliyyat sistemini yeniləməyə çağıran xəbərdarlıq dərc edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, agentlik mütəxəssisləri tərəfindən "Windows 2000" sisteminin quraşdırıldığı kompüterin nəzarət altına alınması üçün "BlueKeep" boşluğundan uğurla istifadə edilib.

Məlumata görə, "BlueKeep" boşluğu əməliyyat sisteminin "Windows 7" və daha əvvəlki versiyaları, eləcə də "Windows Server 2003" və Windows Server 2008" üçün aktualdır. Boşluq artıq "Windows 8" və "Windows 10" əməliyyat sistemlərinin yeni versiyalarında aradan qaldırılıb.

Bildirilir ki, "Microsoft Remote Desktop" xidməti vasitəsilə çıxış əldə etməyə imkan verən boşluq şəbəkə virusu kimi işləyir. Belə ki, bir fərdi kompüteri nəzarət altına alan cinayətkar həmin şəbəkədəki digər qurğuların idarəetməsini də ələ keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.