Maraqlı

Ekspertlər mobil proqramların boşluqları haqda məlumat veriblər

25 İyun 2019 07:11
0 Şərh     Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil proqramların 89%-i uzaq məsafədən həyata keçirilən haker hücumları qarşısında dayanıqsızdır. Kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış "Positive Technologies" şirkətinin mütəxəssisləri xəbərdarlıq edirlər ki, mobil proqramların 33%-dən çoxuna müdaxilə mümkündür.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin mütəxəssisləri cari ildə mobil proqramlar üçün təhdidlərlə bağlı araşdırmalarında qeyd ediblər ki, məlumatların oğurlanması üsulları çox müxtəlifdir. Məsələn, virus proqram təminatı klaviaturalı cihaz sahibinin manipulyasiyalarını izləyir və ya ekran görüntülərini çəkir.

"iOS" üçün mobil proqramların 38%-i və "Android" üçün isə 43%-də yüksək riskli boşluqlar aşkar edilib.

Smartfonun virusa yoluxmasının qarşısını alan 100%-lik müdafiə mövcud deyil. Ancaq fərdi məlumatların təhlükəsizliyini daha yaxşı qorumaq üçün üsullar var: məsələn, proqramları vaxtında yeniləmək, bu və ya digər informasiyaya giriş sorğusunu izləmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.