Maraqlı

Uşaqlar üçün ən faydalı qida

20 İyun 2019 21:05
0 Şərh     Baxış: 1 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bildirçin yumurtası öz faydaları ilə insanların sevimli qidasına çevrilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu məhsul öskürək, astma kimi xəstəliklərlə yanaşı, uşaqların iştahsızlıq problemi ilə də mübarizə aparır. Tərkibindəki çoxsaylı vitamin və minerallar olan bildirçin yumurtası dərini gözəlləşdirir, immuniteti artırır, uşaqlarda beyin inkişafını dəstəkləyir, yaddaşı gücləndirir.

Bildirçin yumurtasının tərkibində toyuq yumurtasından daha çox fosfor və dəmir olduğunu bilirdinizmi? Dadları eyni olsa da, bildirçin yumurtası insan orqanizminə daha çox faydalıdır.

Yumurtanı suda bişmiş şəkildə yemək tövsiyə edilir. Bişirmək üçün 4-5 dəqiqə suda qaynatmaq kifayətdir. Uzun müddət bişirildikdə tərkibindəki vitaminlər parçalanır.

Böyüklərdə bronxit zamanı 1 fincan südə 1 çiy yumurta, 1 ç.q bal əlavə edərək içmək çox faydalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.