Maraqlı

Siqareti tərgidənlər üçün faydalı qida

20 İyun 2019 22:05
0 Şərh     Baxış: 992

Banan insan orqanizmi üçün xeyirli olan qida növlərindən biridir.

Milli.Az foodinfo.az-a istinadən bananın əhəmiyyəti barədə məlumatları təqdim edir.

Banan iştahası olmayanların enerji əldə etməsi üçün yaxşı seçimdir.

Cildə banan əzməsi ilə edilən masaj dərini yumşaldır və nəmləndirir.

Triptofan amino asitlə zəngindir. Bu asit bədəndə seratoninə dönüşür. Seratonin də öz növbəsində depressiya kimi halların yox edilməsində faydalıdır.

Bal və vanillə birgə hazırlanmış banan püresi saçların yumşalmasına kömək edir.

Mədə xorasına faydalıdır. Proteaz inhibitoru deyilən birləşimi sayəsində mədədə olan zərərli bakteriyalarla mübarizə aparır.

Kişilər hər 3 gündən bir banan yeyərək ata olmaq şanslarını artıra blərlər.

Lif baxımından zəngindir, qəbzliyə faydalıdır.

Banan yaşlı görünməni əngəlləyir.

Anemiya xəstələri üçün ideal bir meyvədir. Bədənin hemoqlabin səviyyəsini normaya salan dəmir baxımından olduqca zəngindir.

Bananın böyrək xərçənginə qarşı təsirli olduğu təsbit edilib. Həftədə 4-6 dəfə banan yeyənlərin bu xəstəliyə yoluxma riskinin daha az olduğu bildirilir.

Həşəratların dişləməsi zamanı banan qabığının həmin bölgəyə sürtülməsi qaşınmanın və şişmənin qarşısını alır.

Siqareti tərgidənlər üçün faydalıdır. Siqareti tərgidən biri üçün nikotinə olan ehtiyacını unutmaq çətin olur. Bananın tərkibində olan B6, B12 vitaminləri bu yoxluq əlamətlərinin azalmasına kömək edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.