Maraqlı

Fələstin əsilli modelin paylaşımı ərəb dünyasını ayağa qaldırdı - FOTO

18 İyun 2019 23:29
0 Şərh     Baxış: 10 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur Fələstin əsilli amerikalı model Bella Hadidin "İnstaqram"da paylaşdığı foto ərəblərin qəzəbinə səbəb olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, hava limanında ayaqlarını üzərində Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı bayrağı olan təyyarələrə doğru uzatdığı yerdə çəkilən fotosunu İnstaqram hesabında paylaşıb.

Sosial media iştirakçıları modeli hörmətsizlikdə və irqçilikdə ittiham ediblər. Bundan sonra model həm "Tvitter" həm də "İnstaqram" hesabında izləyicilərdən üzr istəyib.

Müsəlman olduğunu söyləyən model bu hərəkətini "səhv" adlandırıb.

"Ailəmin və dünyanın hər yerində olan bacı-qardaşlarımın müsəlman və ərəb yönünü çox sevirəm. Onlara həqarət etdiyimi düşünən hər kəsdən, xüsusilə də, Səudiyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən üzr istəyirəm" deyə, o, paylaşımda yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.