Maraqlı

Gemballa 800 at qüvvəli superkar buraxmaq niyyətindədir

20 İyun 2019 23:58
0 Şərh     Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gemballa tüninq atelyesi Porsche avtomobillərinin təkmilləşdirilməsi ilə məşhurlaşıb. Buna baxmayaraq, alman atelyesi öz avtomobilini yaradan şirkətlər cərgəsinə qoşulmaq arzusundadır. 2010-cu ildən bu günə qədər ilk dəfədir ki, atelye yeni superkarın buraxılmasını dəstəkləyəcək sərmayədarları axtarır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni superkar hələlik tizer şəklində mövcud olsa da, Gemballa firmasının bu superkar üçün ambisiyalı planları var. Layihənin müəllifləri superkarı xüsusi fərəhlə "güzəştsiz", "radikal", "təmiz" və "dəbdəbəli" kimi sözlərlə xarakterizə edirlər. Atelyenin sahibi və rəhbəri Şteffan Korbax söhbətin konstruktiv cəhətdən aqressiv və 800 at qüvvəli mühərriki olan avtomobildən getdiyini bildirib.

Atelyenin dərc etdiyi yeganə tizer almanların ciddi dəqiqliklə işlənilmiş aerodinamikaya malik olan ortamühərrikli kupe hazırlamaq istədiklərini göstərir. Məlum olmayan modelin Gemballa mütəxəssislərinin sıfırdan hazırladığı bir avtomobilin, yaxud Porsche 911 modelinin əsasında yaradılacaq superkarın olacağıdır.

İlkin məlumatlara görə, superkarın prototipi yaxın zamanlarda potensial müştərilərə nümayiş etdirilməlidir. İlk sınaq prototiplərinin isə 2020-ci illərdə peyda olacağı gözlənilir. Bu layihəyə sərmayə qoyacaq sərmayədarların tapılması halında superkarın istehsalına 2022-ci ildə başlanacaqdır. Avtomobilin qiyməti və tirajı hələlik məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.