Maraqlı

Fisker yeni krossoverinin növbəti tizerini yayıb - FOTO

20 İyun 2019 22:01
0 Şərh     Baxış: 446

Henrik Fisker tərəfindən yaradılmış Fisker şirkəti Tesla Model Y elektrokrossoveri ilə rəqabət aparacaq yeni modelin tizerini dərc edib. Dərc edilmiş təsvirlərdən göründüyü kimi, yeni krossover dönmə işıqlarının qeyri-adi təkrarlayıcılarına sahib olacaqdır. Adı çəkilən işıqlar arxa dayaqda yerləşirlər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Fisker dönmə işıqlarının belə yerləşməsinin təhlükəsizliyi yaxşılaşdırdığını iddia edir. Yüksək səviyyədə yerləşən işıqlar bütün hərəkət istirakçılarının onları görməsini təmin edəcəkdir.

Fisker elektrokrossoveri hər oxda biri quraşdırılan iki elektrik mühərriki və 80 kilomat-saatlıq həcmi olan batareyalar bloku ilə təchiz ediləcəkdir. Avtomobil çıxarılan və ya elektrik ötürməsi ilə açılan tavana malik olacaqdır. Bu tavan "kuzovun bütövlüyünə zərər vermədən, açıq tavanla səyahət etmək həzzini" təmin edəcəkdir.

İstehsalçı iri salonun, böyük proyeksiya displeyinin və bort sistemlərinin ağıllı interfeysinin olacağını da bildirib. Bundan başqa, krossover "ənənəvi olaraq superkarlara xas olan dizayn elementrlərinə" sahib olacaqdır. Yeni elektrik krossoverinin bu ilin sonunda satışa çıxacağı ehtimal olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.