Maraqlı

BMW yeni M-konseptini nümayiş etdirəcək - FOTO

20 İyun 2019 23:30
0 Şərh     Baxış: 1 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın zamanlarda BMW şirkəti Münhendə keçiriləcək xüsusi tədbirdə 8 Series Gran Coupe modelinin seriya variantını təqdim edəcəkdir. Lakin, seriya modeli alman istehsalçısının nümayiş etdirəcəyi yeganə avtomobil olmayacaqdır. Münhendə Vision M Next adlı konsept də debüt edəcəkdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, hələlik konsept haqqında onun adından savayı heç bir məlumat verilməyib. Məşhur fotoqraf Tomas Demand tərəfindən hazırlanmış qeyri-adi şaquli formatda olan tizerlər isə, BMW şirkətinin ikiqapılı kupe hazırladığından xəbər verir. Avtomobilin kuzovu boz rəngə boyanacaq, qırmızı və qara rəngli seçilən dekor elementlərinə sahib olacaqdır.

Tomas Demand Vision xəttindən olan konseptin radikal dizayna malik olduğunu söyləyib və avtomobilin formalarından xüsusilə həzz aldığını vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.