Maraqlı

Ford Explorer modelini Mercedes-in şinləri ilə təchiz edib - FOTO

25 İyun 2019 21:30
0 Şərh     Baxış: 479

Yeni Ford Explorer modeli istehsalçı tərəfindən bir neçə variantda təklif edilir ki, onların arasında ST idman versiyası da mövcuddur. Hazırda Ford Explorer ST modifikasiyası üçün opsional Michelin Latitude Sport 3 şinlərini də sifariş etmək olar. Soruşa bilərsiniz ki, burada qeyri-adi nə var ki?

Milli.Az autograph.az-a istinadən bildirir ki, bu şinlər fransız şin istehsalçısı tərəfindən Mercedes-Benz şirkətinin xüsusi şifarişi ilə yaradılıb və MO (Mercedes Original) indeksini daşıyırlar. Bu şinlər konkret olaraq Mercedes-AMG GLE 43 Coupe modeli üçün nəzərdə tutulub.

Ford Performance bölümünün baş mühəndisi Ed Krenz "Sar and Driver" nəşrinə müsahibəsində i Ford Explorer ST modelinin bütün fəsillər üçün Pirelli şinləri ilə təchiz edilməsi planlaşdırdıqlarını bildirib. Lakin, sonradan yay şinlərinin də təklif edilməsi məsələsi ortaya çıxıb və istehsalçının seçimi Michelin şinləri olub. Ford fransız şirkətindən 21-düymlük yay şinlərini istəyib.

Nəticədə, 275/45 R21 ölçülü şinlər arasında Explorer ST modelinə uyğun gələni Michelin Latitude Sport 3 MO olub. Mercedes-AMG GLE 43 Coupe modeli də bənzər şinlərlə təchiz edilir. Yeganə fərq, alman krossoverindəki arxa şinlərin 315/40 ölçüsünə malik olmasıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.