Maraqlı

Alimlərdən qorxunc xəbərdarlıq - Bəşəriyyəti Günəş tezliklə məhv edəcək

19 İyun 2019 07:28
3 Şərh     Baxış: 2 974

Kolorado universitetinin alimləri bildiriblər ki, Günəş adi partlayışlardan min dəfə güclü enerji buraxa bilər.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu, sivilizasiyanın texnologiya səviyyəsinə böyük ziyan vuracaq. Bu tip hadisələr super partlayış adlanır və adətən gənc və aktiv ulduzlarda müşahidə edilir. Buna görə də Günəş sisteminə bunun mümkün olmayacağı düşünülürdü.

Partlayış kifayət qədər böyük enerjinin ulduz atmosferinə atılmasıdır. Onlar ləkələr-fotosferin soyuq sahələri yaxınlığındakı maqnit sahələrindən yaranır. Yüksək maqnit aktivliyi gənc ulduzlarda, tez dövr edən ulduzlarda müşahidə edilir. Onların sahəsi bir neçə min Qauss (ölçü vahidi) olur və səthin böyük hissələrinə təsir edir. Bu isə böyük Günəşdə olandan onlarla, bəzən milyonlarla dəfə çox güclü partlayışlara səbəb olur. Bəşəriyyətin isə bəxti gətirib. Günəş asta dövr edir, maqnit sahələri zəifdir, bu isə onun elə də güclü partlayış gücünə sahib olmadığını göstərir.

Amma "Kepler" teleskopu vasitəsilə əldə edilən məlumatlara əsasən, alimlərə məlum olub ki, G sinfinə aid (Günəş də bu sinfə məxsusdur) spektral ulduzlarda super partlayışlar olur. Ekstremal partlayışlar  istehsal edən ulduzlar o qədər ləkəyə sahib olurlar ki, dövrləri zamanı periodik olaraq parlaqlıq dəyişikliyi yaranır. Bunları isə astronomik qurğular vasitəsilə görmək mümkündür.

Köhnə elmi işlərin birində Günəş tipli 50 ulduz üzərində müşahidə aparılıb. Bu ulduzlarda super partlayışlar baş verib. Onlardan 34-ü tənha ulduz olub. Bütün ulduz atmosferi parametrləri isə, yəni, tempratur, səthin qravitasiyası, metallığı G-sinfi ulduzları tipdə olub.

Yeni tədqiqatda isə mütəxəssislər Günəşə bənzər 23 ulduzu müşahidə ediblər və super partlayışlar müşahidə olunub. Qeyd etmək lazımdır ki, bu ulduzlar Günəşdən sürətli dövr edirlər. Günəşin isə öz oxu ətrafında dövrü üçün 25 gün lazımdır.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    xxxxx · 19 İyun 08:3310

    Gor indi Allahin qudretini bu ucsuz bucaqzim zulmetde semani mueyyen hed ve nezmle hereke getirib. Ele bilki en derin qaranliq okeanina attilmish bir gara dash.

    Cavab yaz
  • Anonim
    xxxxx · 19 İyun 08:3620

    Insan cox qeribe bir mexluqdur. Allah ozu deyibki mueyyen bir vaxt basha catmayacan alem mehv olmaz. Ve hemin vaxti yalniz ve yalniz Ozunden bashga hec kes bile bilmez ve bu kiminse bilmeyi mumkun bele deyil.

    Cavab yaz
  • Anonim
    ALLAH BƏNDƏSİ · 19 İyun 08:4600

    GÜNƏŞİN NƏ İŞİ VAR BİZDƏ. BİZİM ÖZ ƏMƏLLƏRİMİZİN BƏHRƏSİDİR.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.