Maraqlı

Çempionlar Liqasına damğa vuran yarıçılpaq model pornoulduzdur? - Özü açıqladı - FOTO

18 İyun 2019 11:14
0 Şərh     Baxış: 4 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının "Liverpul"la "Tottenhem" arasında keçirilən final matçında qanunsuz şəkildə yaşıl meydana çıxan model Kinsi Volanski haqqında yayılan şayiələrə son qoyub.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, model bu vaxta qədər sinəsi açıq və ya lüt şəkil çəkdirmədiyini söyləyib.

Haqqında "porno ulduzdur" deyilən Kinsi bu iddiaları təkzib edərək həyatı boyunca əxlaqsız filmlərdə rol almadığını dilə gətirib.

"Bu vaxta qədər sinəsi açıq şəkil çəkdirməmişəm. Nə vaxtsa porno filmlərə çəkilməmişəm", - Volanski açıqlayıb.

O bildirib ki, matçdan sonra məşhur futbolçular ona əxlaqsız təkliflər edib. Lakin o, sevgilisi Vitali Zdorovetskini sevir.

Qeyd edək ki, Kinsi Volanskinin sevgilisi 27 yaşlı Vitali Zdorovetski məşhur yutuberdir. Həmçinin, pornoqrafiya saytının sahibidir. Volanskinin ÇL finalındakı hərəkəti sevgilisinə 4 milyon dollar reklam gəliri qazandırmışdı. Yutuber Volanskinin hərəkətindən sonra "Mənim sevgilim Çempionlar Liqasının finalına girib. Səninlə qürur duyuram. Sən mənim hər şeyimsən" sözlərini yazmışdı.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.