Maraqlı

Əlləri torpaqla ovxalayıb yumaq kasıblığa səbəb olur?

20 İyun 2019 23:55
1 Şərh     Baxış: 1 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mızraklı İlmihali adlı kitabda qeyd olunur ki, bir insanın öz əlini palçıqla yumağı onun kasıblığının səbəblərindən birini təşkil edir. Belə bir şey var? Bu əhvalatdakı palçıq nə deməkdir?

Tərkibində müxtəlif üzvi maddələr olan, ümumi olaraq gilli, qatı və yapışqan qarışığa palçıq deyilir. Bunun kasıblığa səbəb olacağına dair izah Mızrakl İlmihali adlı əsərin müəllifinə məxsusdur. Bunun həqiqətən də, belə olduğunu, başqa sözlə desək, düzgün olduğunu təsdiq edən bir ayə və ya hədis yoxdur.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, ərzurumlu İbrahim Hakkının Mərifətnamə adlı əsərində soğan və sarımsağın qabıqlarını yandırmaq, gecə vaxtı ev süpürmək, yaşca özündən böyük olanların qabağınca yerimək, qapının bir tərəfinə söykənmək, eşikdə oturmaq, sübh namazını qıldıqdan sonra məsciddən tez çıxmaq, hər səhər bazara erkən getmək, bazardan evə gec qayıtmaq, sarığını oturulu halda bağlamaq, şamı nəfəslə üfürüb söndürmək, qapısız evdə tək başına yatmaq və bu kimi şeylər də kasıblıq səbəbi kimi qələmə verilib

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.