Maraqlı

Göz dəyməməsi üçün nə etmək olar?

20 İyun 2019 21:50
0 Şərh     Baxış: 3 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Peyğəmbər (s) buyurur: "Göz dəyməsi haqdır. Hər kim qardaşı barəsində hansısa bir şeydən heyrətə gələrsə, gərək o zaman Allahı yada salsın.

Şübhəsiz əgər Allahı yada salarsa, göz dəyməsi ona (qarşı tərəfə) ziyan vurmaz".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Göz dəyməsi - haqdır, əmin deyilsən ki, sənin gözün özünə və ya başqalarına təsir edər. Əgər gözün təsirindən qorxursansa, 3 dəfə de: "Məşəallah lə quvvətə illə billəhil aliyyil-azim"".

Başqa bir hədisdə oxuyuruq ki, əgər sizlərdən birinizin nədənsə xoşunuz gəlsə, göz dəyməmək üçün deyin: "Aməntu billəh və salləllahu alə Muhəmmədin və Alihi (Ali-Muhəmməd)". Bu zaman gözün mənfi təsiri olmaz.

Həzrət İmam Rza (ə) göz dəyməkdən amanda olmaq üçün buyurur: "Nə zaman sənə göz dəysə, əllərini üzünün qarşısında qərar ver, "Həmd" ("Fatihə"), "Tövhid" ("İxlas"), "Nas" və "Fələq" surələrini oxu. Hər iki əlini üzünə çək. Allah səni onun ziyanından qoruyar".

İmam Sadiq (ə) buyurur: "Göz dəyməsi haqdır və onun özündən özünə və özündən başqalarına təsirindən aman yoxdur. Ona görə də bu barədə nədənsə qorxsan, 3 dəfə de: "Məşəallah və lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.