Maraqlı

Dil zikr edəndə, insana nə kimi bərəkətlər gətirir?

20 İyun 2019 23:20
0 Şərh     Baxış: 1 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allahın insana əta etdiyi ən böyük nemətlərdən biri - dildir. Əgər bu dil Allahı zikr edərsə, öz vəzifəsini yerinə yetirmiş olar. Zikr edən dil, öz sahibinə çox sayda faydalar və bərəkətlər gətirər.

Dil - qəlbin aynasıdır. Zikr o zaman dəyərli olar ki, qəlbdən gələr.

Maddi bərəkətlər:

1. Bəsirət. O kəsin ki, zikr edən dili olar, Allah onun qəlbini nurani edər. Ona bəsirət əta edər. O, Allah nuru ilə doğru yola hidayət olar.

2. Halal ruzi qazanar. Milli.Az deyerler.org-a istinadən bildirir ki, dünya nemətləri insanın ehtiyaclarını təmin etmək üçün zəruri olsa da, onunla çox məşğul olmaq insanı qəflətə sala bilər. Allah o insanları sevir ki, hər bir halda Allahı yada salarlar, hətta ruzi qazanan zaman belə. Yəni, bütün səyləri ruzinin halal qazanılması yönündə olar. İmam Əli (ə) buyurur: "O zaman ki, bazara daxil olursunuz, Allahı çoxlu yada salın".

Mənəvi bərəkətlər:

1. Allahla yoldaş olar. Quran ayələri buyurur ki, hər kim Allahı yada salar - Allah da onu yada salar. Qüdsi hədisdə oxuyuruq ki, Allah Təala Musaya (ə) buyurur: "Mən o kəsin yoldaşıyam ki, Məni yada salar".

2. Nəfsinin pak olması. İnsan dünyaya gələn zaman nəfsi pak və pakizə olar. Ancaq tədricən dünya ilə tanış olduqca, rəzil sifətlər onun nəfsini çirkləndirər. Qəlbi daş bağlayar və qəflətə düşər. İnsanın nəfsini pak saxlayan amillərdən ən mühümlərindən biri - Allahı yada salmaqdır. Çünki Allah - paklıq məzhəridir. Allahı zikr etmək insanı həm müalicə edər və həm də çirkinliklərdən qoruyar.

3. Daxili rahatlıq. Allahı zikr etmək insanı rahatladar və gündəlik gərginliklərin aradan getməsinə səbəb olar. Çünki möminlərin qəlbi həmişə Allahladır və Onu zikr edərək, aramlıq tapar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.