Maraqlı

Doğrudurmu ki, naməhrəmə birinci dəfə baxmaq günah deyil, ikinci dəfə baxmaq isə günahdır?

20 İyun 2019 23:45
3 Şərh     Baxış: 2 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deyirlər ki, naməhrəmə birinci dəfə baxmaq günah deyil, ikinci dəfə baxmaq günahdır. Bu söz doğrudurmu?

Bu fikir tamamilə yanlışdır. Əgər söhbət haram məqsədlə və ya harama gətirib-çıxaran şəkildə baxmaqdan gedirsə, bunun həm birinci, həm də sonrakı dəfəsi böyük günahdır. Naməhrəmə şəhvət gözü ilə baxmaq hər zaman haramdır və buna heç bir yolla haqq qazandırmaq olmaz.

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər söhbət haram məqsəd olmadan və zərurətdən yaranan baxışdan gedirsə, arzuolunmaz olsa da, bunun günahı yoxdur, burada da birinci ya sonrakı dəfələr fərq etməz. Şərt budur ki, naməhrəm şəxsin normal halda örtülməsi gərəkən və açıq qalması əxlaqi cəhətdən normal sayılmayan, amma açıqda qalan bədən üzvlərinə baxılmasın. Bəzən qeyri-ixtiyari olaraq insanın gözü naməhrəm şəxsin baxılması haram olan üzvlərini görür. Bu halda həmin qeyri-ixtiyari baxış günah sayılmır, amma baxmağa davam etmək günahdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.