Maraqlı

Yedikcə ömrü qısaldan qidalar - SİYAHI

17 İyun 2019 21:27
0 Şərh     Baxış: 2 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elə qidalar var ki, yedikcə yemək istəyirsən. Xüsusi ətri, dadı və rəngi sizi cəzb edir. Lakin onların orqanizmimizə təsiri haqqında demək olar ki, heç məlumatlı deyilik.

Milli.Az medicina.az-a istinadən sağlamlığımıza ziyan vuran vasitələri təqdim edir.
 
Qazlı içkilər
 
 Tərkibində dadlanıdırıcı turşular olan qidalarda kalori dəyərinin yüksək olduğunu düşünürsünüz. Təbii ki bu yalnmışdır. Bu rəng və dad verici maddələr hormonlara təsir edir. Onların əvəzinə evdə hazırlanmış meyvə şirələrinə üstünlük verin.

İşlənmiş ət məhsulları
 
hər növ işlənmiş ət məhsulları Nitratlar, natrium, və digər kimyəvi qatqılardan ibarətdir. Bu maddələr onların daha uzun müddət saxlamılmasına şərait yaradır. Bu qidalar xeyli müddət xarab olmadan qalsa da digər tərəfdən sağlamlığımızı da bizdən alır. Uşaqların öyrənmə qabiliyyətinə mənfi təsir edir, dahranı probleminə səbəb olur. Eyni zamanda diayebet, ürək-damar çatışmazlığı və xərçəngə səbəb olur.

Cipslər

Yüksək temperaturda, qızğın yağda biuşirilmiş bu vasitələr tərkibində akrilamid adı verilən kimyəvi bir maddə meydana çıxır. Bu da döş və yoğun bağırsaq xərçənginə səbəb olur. Həmçinin bu məhsulun tərkibində olan yağlar qanda xolesterinin miqdarını artırmaqla infarkt və insult riskini böyüdür, ürəyin ciddi xəstəliklərinə səbəb olur.

Spirtlər
 
Mütəxəsislər içkinin sağlamlıq baxımından təhülkəli olduğu nbarədə həmfikirdilər. Həddindən çox qəbul edildikdə susuzluğa, kökəlməyə, cild problemlərinə, depressiyaya səbəb olur. Həmçinin qaraciyərə zərər vurur.

Fast-food

Vaxtımız yoxdur çöldən yemək sifariş verək dediyimizdə  ilk ağla gələn məhz Fast-food-lardır.Tezbazar həll olunan üsul olsa da sağlamlığımızı əlimizdən alır. Fast-food, yəni ayaqüstü qidalanma zamanı istehlak edilən qidalar qarın doyursa da, qida dəyərinin aşağı, enerji dəyərinin və doymuş yağ nisbətinin yüksək olması, həddindən artıq istehlakı zamanı piylənmə, təzyiqin yüksəlməsi kardiovaskuler xəstəliklərin yaranması, diabet və osteroporoz kimi müxtəlif xəstəliklərə səbəb olur.

Ağ çörək
 
Ağ çörəyin səhətimizə ziyanı haqqında az qala hərkəz xəbərdardır. ağ çörəyi genləri dəyişdirilmiş hibrid buğdadan hazırlayırlar. Bu isə çox ziyanlıdır və belə çörəyin daim istehlakı gələcəkdə gözlənilməz təhlükəli nəticələr verə bilər.ABŞ-da aparılmış araşdırma göstərib ki, ağ çörəyin daim istehlakı immun sisteminə mənfi təsir edir. Ağ çörəyin müntəzəm olaraq istehlakı xərçəng xəstəliyinin riskini artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.