Maraqlı

National Geographic 2019 fotomüsabiqəsi: şəhərlər, insanlar və təbiət

17 İyun 2019 19:32
1 Şərh     Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ən yaxşı səyahət fotoşəkilləri mövzusunda keçirilmiş National Geographic 2019 fotomüsabiqəsinin əsas mükafatına Weimin Chu-nun təqdim etdiyi iş layiq görülüb. Onun çəkdiyi fotoşəkildə Qərbi Qrenlandiyada yerləşən Upernavik balıqçılar şəhərciyi təsvir olunub.

National Geographic fotomüsabiqəsi

Upernavik şəhərində minədək adam yaşayır, sakinlərin sayına görə Upernavik Qrenlandiyanın sayca 13-cü yaşayış məntəqəsidir.

Weimin Chu-nun çəkdiyi bu şəkil "Şəhərlər" kateqoriyasında qalib elan olunub.

Presentational grey line

"Şəhərlər" kateqoriyasında ikinci yer: "Aviasiya erası", müəllif Jassen Todorov.

National Geographic fotomüsabiqəsi

"San Francisco beynəlxalq aeropotrtunda dörd uçuş-eniş zolağı var. Bu aeroportdakı fəallığı lentə almaq mənim çoxdankı arzum idi. Mənə aeroport üzərindən uçmaq icazəsi verildi", - Jassen Todorov qeyd edib.

Presentational grey line

"Şəhərlər" kateqoriyasında üçüncü yer: "Dəkkə küçələri", müəllif Sandipani Çattopadhyay

National Geographic fotomüsabiqəsi

Banqladeş paytaxtı Dəkkədə insanlar küçədə namaz qılır.

"Dəkkədə hər il müsəlmanların əsas toplantılarından biri olan Bişva İctima tədbirində milyonlarala müsəlman iştirak edir. Yer çatışmazlığı səbəbindən insanlar şəhərin mərkəzi küçəsində namaz qılmağa çıxır".

Presentational grey line

"İnsanlar" kateqoriyasında birinci yer: "Tamaşa başlanır", müəllif Huaifeng Li

National Geographic fotomüsabiqəsi

"İfaçılar opera səhnəsinə çıxmağa hazırlaşırlar. Bu opera Çinin Liçenq bölgəsində ifa səhnələşdirilib. Bütün günümü aktyorlarla keçirdim", - Huaifeng Li deyib.

Presentational grey line

"İnsanlar" kateqoriyasında ikinci yer: "Gündəlik məşq", müəllif Yoshiki Fujiwara

National Geographic fotomüsabiqəsi

"Bu şəkil Honq Konq-da, Çoy Hunq parkında çəkilib. Axşamlar burada gənclər basketbol oynayır, səhər tezdən isə yaşlı kişi burada məşq edir", - Yoşiki Fucivara qeyd edib.

Presentational grey line

"İnsanlar" kateqoriyasında üçüncü yer: "Atlar", müəllif Jose Antonio Zamora

National Geographic fotomüsabiqəsi

"İspaniyada hər il müqəddəs Anthony bayramı günlərində Las Luminarias adlı bir ənənəvi tədbir keçirilir - heyvanların təmizlənməsi ritualı. Avila bölgəsində at sahibi atı ilə birgə tonqalın üstündən tullanır. Bu ənənəyə XVII əsrdən başlayaraq hər il əməl edilir", - Jose Antonio Zamora deyib.

Presentational grey line

"İnsanlar" kateqoriyasında həvəsləndirici mükafat: "Ovqat", müəllif Navin Vatsa

National Geographic fotomüsabiqəsi

"Mən bu anı Dehli şəhərində, səhər tezdən Yamuna çayı sahilində tutdum. Həmin anda bu oğlan fikrə getmişdi, ətrafdakılar isə qağayılara tamaşa edirdi", - Navin Vatsa deyib.

Presentational grey line

"Təbiət" kateqoriyasında birinci yer: "Süzgün gözlər", müəllif Tamara Blazquez Haik

National Geographic fotomüsabiqəsi

Bu ağbaş kərkəs İspaniyada Monfragüe milli parkında çəkilib.

"Onların süzgün gözlərini görəndə, kərkəslərin bəla gətirdiyini demək mümkündürmü? Onlar leşlə qidalanırlar və bununla da ətraf mühit üçün faydalı qulluq etmiş olurlar", - Tamara Blazquez Haik deyib.

Presentational grey line

"Təbiət" kateqoriyasında ikinci yer: "Yuxu ovlayan", müəllif Danny Sepkowski

National Geographic fotomüsabiqəsi

"Dalğa necə olur ki, yoxa çıxır? Ötən il bu suala cavab axtardım. Havayidə qürubu çəkmək qərarına gəldim. Obyektivi nəhəng dalğaya tuşlayanda həmin nəhəng su səddi artıq üstümə uçmaq üzrə idi", - Danny Sepkowski deyib.

Presentational grey line

"Təbiət" kateqoriyasında üçüncü yer: "Qaramtıl", müəllif Scott Portelli

National Geographic fotomüsabiqəs

"Tünd delfinlər tez-tez yem axtarışı zamanı Yeni Zelandiyanın Kaikoura yarımadası yaxınlığında var-gəl edirlər. Tünd delfinlər okeanın dərinliyindən suyun üzünə hava ilə nəfəs almağa qalxırlar", - Scott Portelli deyib.

Presentational grey line

"Təbiət" kateqoriyasında həvəsləndirici mükafat: "Alp kralı", müəllif Jonas Schafer

National Geographic fotomüsabiqəs

"Alp dağ keçilərinin bir sürüsü İsveçrəyə aid Bernese Oberland dağ aşırımında hərəkət edirdi. Onların zahiri görünüşü, möhkəm buynuzları Alp dağlarına kimin hökmranlıq etdiyini aydın göstərirdi", - Jonas Schafer qeyd edib

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.