Maraqlı

Əkrəm İmamoğlu ilə xanımının tanışlıq hekayəsi - FOTO

17 İyun 2019 18:10
0 Şərh     Baxış: 1 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək CHP partiyasının namizədi Əkrəm İmamoğlunun xanımı Dilek Kaya Türkiyə mətbuatına müsahibə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, müsahibəsində şəxsi həyatından, İmamoğlu ilə tanışlığından söz açıb.

Trabzonda doğulduğunu bildirən Dilek Kaya orta məktəbi İstanbulda oxuyub. O, litseyi bitirdikdən sonra Əkrəm İmamoğlu ilə tanışıb olub və evlənib. Bu izdivacdan cütlüyün iki oğlu və bir qızı dünyaya gəlib.

Dilek Kaya evli ola-ola təhsilini davam etdirib. İlk oğlu Selim dünyaya gələndə isə universitetə qəbul olub. İkinci uşaqda magistratura, 3-cüdə isə doktoranturada oxuyub.

Dilek Kaya deyir ki, İmamoğlu ilə 1993-cü ildə bacısının toyunda tanış olublar. Əkrəm bəy Dilek xanımın qardaşının dostu imiş:

"Onu toya qardaşım dəvət etmişdi. Mən ortalarda gəzən bir qız idim. Sonra Əkrəm bəy bizim iş yerimizi ziyarətə gəlmişdi. Məni orada görüb təəccüblənmişdi. Məni işçi hesab edib, ailə dostumuzdan soruşmuşdu ki, "bu qızın burada nə işi var?" Ailə dostumuz da qəti şəkildə bildirmişdi ki, o qızla işin olmasın. Amma Əkrəm bəyə kim mane ola bilərdi ki? Sonra da tanışlığımız başladı".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.