Maraqlı

Cəfəri və limon cütlüyünün 10 faydası – Bu xəstəliklərdə möcüzə

15 İyun 2019 22:05
0 Şərh     Baxış: 4 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəfəri və limon ikilikdə orqanizmdə bir çox xəstəliklərdə fayda verir. Bu qarışımı hətta həkimlər də məsləhət görür.

İnsanların maddələr mübadiləsinin pis çalışması, oturaq həyat, qeyri-sağlam qidalanma bir çox orqan və sümüklərdə duz, artıq maye yığılmasına səbəb olur.

Orqanizmdə duz toplanması illərlə çəkir. heç bir simptom vermir, artıq orqanları sıradan çıxanda insan xəbərdar olur.

Milli.Az medicina.az-a istinadən cəfəri və limonun həm qida, həm şirəsinin birlikdə istifadə edib, faydasını görəcəyiniz 10 sağlamlıq durumunu və qarışımın reseptini təqdim edir.

-Oynaq, sümüklərdə duzlaşma
-Böyrəklərdə duz, çöküntü, xırda daş
-Öddə durğunluq
-Bağırsaqların toksinləşməsi, qəbizlik
-Sidik yollarının iltihabı, sistit
-Ümumi cavanlaşdırıcı effekt
-Qadınlarda hormonal fonun sabitlənməsi üçün
-Arıqlamaq problemi, artıq çəki, piylənmə
- Kişilərdə cinsi zəiflik, böyrək problemləri
-Əl-ayaqda şişmə, ödem

Bu xəstəliklərdə cəfəri və limondan bu qarışımı hazırlayıb içə bilərsiniz

250 qr cəfəri kökü ilə birgə
250 qr limon
100 ml su

Cəfəri xırdalanır, limonun suyu üzərinə sıxılır, su əlavə edilib, 20 dəqiqə saxlanılır. Sonra süzülüb içilir.
Eləcə də blenderdə cəfəri, limon və bir az bal, yarım stəkan su birlikdə qarışdırılır.
Bu qarışım  qalxanvari vəzidə yod artıqlığı olan insanlara qadağandadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.