Maraqlı

Ani Lorak sevgilisi ilə FOTOsunu paylaşdı

15 İyun 2019 14:10
3 Şərh     Baxış: 1 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Xalq artisti, Rusiyanın estrada ulduzu Ani Lorak ictimaiyyətə yeni sevgilisini təqdim edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, populyar müğənni bir müddətdir Rusiya KİV-lərində yayılan məlumatlara birdəfəlik son qoymaq qərarına gəlib.

40 yaşlı ifaçı instaqram səhifəsində musiqi prodüseri İqor Qleblə fotosunu paylaşaraq sevgilisi ilə hər kəsi tanış edib. O, şəkilə "Hər kəsə isti axşamlar" şərhini yazıb.

Xatırladaq ki, Ani Lorak türk iş adamı ilə 2009-cu ilin avqustunda evlənib. Cütlüyün bu nikahdan Sofiya adlı qızı var. Hazırda Sofiya anası ilə Moskavada yaşayır. Cütlük xəyanətə görə 2018-ci ildə yollarını ayırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.