Maraqlı

İtaliya gələcəyin superkompüterini qəbul edəcək

16 İyun 2019 08:59
0 Şərh     Baxış: 1 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya yaxın zamanlarda gələcəyin superkompüterini qəbul edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İtaliyanın Təhsil və Elmi Araşdırmalar Nazirliyi məlumat yayıb. Bildirilir ki, Yüksəkeffektli Hesablama üzrə Avropa Komitəsinin (EuroHPC) seçiminə görə superkompüter İtaliyanın Bolonya şəhərində yerləşdiriləcək. Ölkənin təhsil və elmi araşdırmalar naziri Marko Bussetti deyib ki, superkompüter saniyədə inanılmaz sayda əməliyyatlar yerinə yetirə biləcək.

"Superkompüterin bizə həvalə edilməsi ölkəmiz üçün qürurvericidir. Bu, strateji təşəbbüsdür və inkişafın, innovasiyanın təkanverici qüvvəsi olacaq", - deyə Marko Bussetti söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.