Maraqlı

Burada kişiləri qadın kimi böyüdürlər - Səbəbi HƏR KƏSİ ŞOKA SALACAQ - FOTO

16 İyun 2019 23:34
6 Şərh     Baxış: 6 405

Planetimizin hər nöqtəsinin özünə xas möcüzələri, qeyri-adiliyi, mədəniyyət, adət-ənənə fərqi var. Məsələn, Samoa dövlətində kişi və qadından əlavə faafafine adlanan üçüncü cinsiyyət bölgüsü də var. Faafafinelər qız kimi tərbiyə olunub qadın kimi böyüyən oğlanlara deyirlər.

Faafafinelər məişətdə, gündəlik həyatda qadın öhdəliklərini mənimsəyir, hətta kişilərlə ailə qururlar.

Milli.Az xəbər verir ki, Samoanın 190 min nəfərlik əhalisinin üçdə biri faafinedir. Onlar həmçinin digər ölkələrdə də adaların diaspor təşkilatının fəal üzvləridir.

Faafafine olmaq cinsiyyət orqanını fiziki olaraq əməliyyat etdirmək demək deyil. Hətta bəzi faafafinelər deyirlər ki, uşaqlıqdan psixoloji olaraq qadınlıqlarına əmin böyüyüblər. Onların qadın ruhu o qədər güclüdür ki, ölkənin ən gözəl qızlarını kölgədə qoyurlar. Böyüdükcə orqanizmlərindəki kişiləşmənin fərqinə varıb daha aqressiv nə narahat olurlar.

"Biz bilirik ki, qadınıq, kişi kobudluğumuz qabardıqca depressiyaya düşürük", - deyə bildirirlər.

Faafafinelər ölkələrində qeyri-adi, yaxud təhqir dolu baxışlara məruz qalmırlar. Heç kim onlara homoseksual kimi də baxmır. Bu, Samoa əhalisi üçün sadəcə üçüncü cinsiyyət bölgüsüdür. Faafafinelər adətən kişilərlə ailə qururlar. Bu, isə çox adi hal sayılır. Nadir halda faafafine qadınla ailə qurur. İki faafafinenin nikahına isə doğru baxmırlar. Onların nikahı heç vaxt rəsmiyyətə qovuşmur.

Bəs gəlin, görək, ailələr oğullarını niyə faafine kimi böyüdüb onların həyatını kökündən dəyişirlər. Məsələ burasındadır ki, bu adada kişi və qadının öz öhdəlikləri var. Kişi pul qazanır, mal-qara kəsir, qadınlarsa, yemək hazırlayıb, uşaq tərbiyə edir, bir sözlə, ailə ocağının keşiyini çəkirlər. Ölkədə qadın qıtlığı olduğu üçün bir sıra ailələr doğulan oğlan körpələrini qız kimi böyüdürlər.

Bu adət tükürpədən və arxaik sayılsa da, çağdaş Samoa ailələri arasında bir çox faafine valideynləri var.

Faafafinelər həmçinin başqa ad altında Havay adalarında, Əfqanıstan və Pakistanda da yaşayırlar. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Maqa Sarkazm · 16 İyun 23:4152

    O fafenlerden Azerbaycandada coxdu

    Cavab yaz
  • Anonim
    alim · 17 İyun 08:1011

    faveyinler kafirlerdi..bir gün bir sunami deyim yada astroid bunlari mehf edecek

    Cavab yaz
  • Anonim
    Micheal · 17 İyun 08:4601

    İğrenç üreyim bulandı. Ona görə də başqa heç bir şey dəmirəm.

    Cavab yaz
  • Anonim
    f · 17 İyun 11:0400

    ela

    Cavab yaz
  • Anonim
    Natiq · 17 İyun 14:0200

    Allah bu dunyani niye dagitmir

    Cavab yaz
  • Anonim
    Natiq · 17 İyun 14:0300

    Serefsizler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.