Maraqlı

Yaponiyada işıqforlar yeni nəsil mobil rabıtə bazası kimi istifadə olunacaq

14 İyun 2019 21:14
0 Şərh     Baxış: 492

Yaponiya hökuməti ölkədəki təxminən 200 min yol işıqforundan beşinci nəsil mobil rabitə (5G) bazası kimi istifadə etmək qərarına gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin informasiya texnologiyaları sahəsində təsdiq etdiyi strategiyada deyilir. Sənədə əsasən, hökumət 2021-ci il mart ayının sonlarına qədər bütün ölkə ərazisində 5G sistemini işə salacaq. Yeni nəsil mobil rabitə sisteminə dörd özəl kompaniya xidmət göstərəcək.

5G hazırkı 4G sistemindən təxminən 100 dəfə sürətli olacaq. O, xüsusi keyfiyyətli videolar da daxil olmaqla, böyük həcmli informasiyaları ötürə biləcək. Bu sistemin, həmçinin pilotsuz nəqliyyat vasitələrində və başqa sahələrdə istifadə edilməsi də planlaşdırılır. Lakin 5G sisteminin normal fəaliyyəti üçün çox sayda aralıq stansiyalar lazım gəlir. Texniki təminatı asanlaşdırmaq və xərcləri azaltmaq məqsədilə həmin stansiyalar işıqforlarda yerləşdiriləcək.

Eyni zamanda, işıqforlara trasdakı vəziyyətə nəzarət etmək üçün ötürücülər quraşdırılıcaq ki, bu da pilotsuz avtomobillərin istifadəsini asanlaşdıracaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.