Maraqlı

Dünya şöhrətli aktyorun qızlara etdiyi maraqlı hərəkəti - FOTO

14 İyun 2019 21:59
1 Şərh     Baxış: 1 156

Xeyriyyəçi kimi tanınan aktyor Kianu Rivz qız pərəstişkarlarına qarşı etdiyi hərəkəti ilə dünya mətbuatının gündəmindədir.

Milli.Az xəbər verir ki, bir neçə ay əvvəl "Con Uik 3" filmi ilə tamaşaçıların görüşünə gələn aktyor onunla şəkil çəkdirmək istəyən fanatlarına əsla toxunmur. Alicənablığı və xeyriyyəçiliyi ilə sevilən artist bədən təması qurmağı xoşlamır. Rivz onlara toxunaraq narahat etmək istəmir.

Bu fakt 54 yaşlı aktyorun fanatları ilə çəkilən şəkillərdə öz əksini tapıb. Aktyorun bu hərəkəti tanımadığı insanlarla məsafəli olmağı sevməsi ilə izah edilir.

Məlumat üçün bildirək ki, bu yaxınlarda Los-Ancelesdə Xbox üçün aktyorun baş qəhrəman olduğu "Cyberpunk 2077"-in yeni kompüter oyununun nümayişi olub. Bu oyun sosial şəbəkələrdə böyük maraq doğurub.

Qeyd edək ki, 54 yaşlı tənha aktyor təmtəraqlı ulduz həyatı yaşamır, o, adi insanlar kimi ictimai nəqliyyatdan istifadə edir və gəlirinin böyük hissəsini xeyriyyə fondlarına xərcləyir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ZZZ · 15 İyun 12:0200

    GÖZÜ TOX-İSTƏYİ TOX-QƏLBİ TOX. TƏRBİYYƏSİ ZOR.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.