Maraqlı

CO2 istehlak edən nano orqanik hissəciklər

17 İyun 2019 08:55
0 Şərh     Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Araşdırmaçılar, plastik və yanacaq istehsalında istifadə edilə biləcək yeni nano bio-hibrit orqanizmlər yaratmağı bacardı. Bu canlılar CO2 və nitrogeni istifadə edərək plastik və yanacaq hasil edirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yanacaq və plastik istehsalı üçün böyük nisbətdə neftdən asılı olan bəşəriyyət, yaşana biləcək bir ətrafın varlığını davam etdirə bilməsi üçün işlər reallaşdırır. Bu işlərdən bir də Kolorado Bolder Universitetinin araşdırmaçıları tərəfindən reallaşdırıldı.

Kvant nöqtələrinin işıqla aktivləşdirilməsi üzərinə müxtəlif fermentlər sintez edə bilən mikrobik hüceyrələri istifadə edən elm insanları, havada olan zərərli CO2 yığaraq istifadə edilə bilən, bio həll edilə bilən məhsullara çevirir. Bu məhsullar arasında plastik, benzin və biodizel kimi məhsullar iştirak edir.

Araşdırmanın baş alimi olan universitetin kimyəvi və bioloji mühəndislik kafedra müdiri Praşant Naqpal, bu yeniliyin biokimyəvi müddətlərin gücünü göstərdiyini söyləyir.

2013-cü ildə başlayan layihədə, Naqpal və qrupu nano ölçüdə kvant nöqtələrə diqqət yönəltdi. Bu nöqtələr hüceyrələrə passiv olaraq əlavə edilə bilir və istənən fermentlərin sintez edilməsini təmin edir. Naqpal və qrupu, bu xüsusiyyəti istifadə edərək havadakı CO2 və nitrogeni yığan mikroblar üzərində işlədi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.