Maraqlı

Dünya və axirətin tərəzi ilə müqayisəsi nə məna daşıyır?

17 İyun 2019 09:00
0 Şərh     Baxış: 3 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya və axirət - bir-birinə təzad təşkil edən aləmlərdirlər. Onlar tərəzinin iki gözü kimidirlər. Birinin yuxarı qalxması ilə o birisi aşağı düşər.

İmam Əli (ə) buyurur: "Dünyanın acı olması - axirətin şirin olması deməkdir. Dünyanın şirin olması isə axirətin acı olması deməkdir".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Səccad (ə) buyurur: "Allaha and olsun ki, dünya və axirət - tərəzinin iki gözü kimidir. O göz ki, yuxarı qalxar, o birisi aşağı düşər".

Ona görə də dünyada Allaha görə hüznlü olmaq - axirətdə sevincə səbəb olar. Dünyada Allahdan qeyrisi üçün sevinmək - axirət qəmini ardınca gətirər. O kəslər ki, qəflət və cahillik üzündən dünyada gülərlər - axirətdə ağlayacaqlar.

İmam Sadiq (ə) buyurur: "Nə qədər çoxdur o kəslər ki, yersiz gülüşləri çoxdur. Qiyamət günü ağlamaqları çox olacaqdır.

Nə qədər çoxdur o kəslər ki, günahlarına görə iztirabla ağlayarlar - Qiyamət günü behiştdə onların sevinci daha çox olacaqdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.