Maraqlı

Foxconn Çindən kənarda da iPhone istehsal edə bilər

17 İyun 2019 07:51
0 Şərh     Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və Çin arasında davam edən ticarət müharibəsinin iPhonelər üçün necə nəticələnəcəyi ətrafında bir çox müzakirələr aparılırdı.

Milli.Az chip.az-a istinadən bildirir ki, məhsullar hazırda Çində Foxconn tərəfindən istehsal olunsa da Foxconn meneceri lazım gələrsə Çin xaricində də  istehsala davam edə biləcəklərini qeyd edib.

"Biz Apple şirkətinin ABŞ bazarında ehtiyaclarını ödəməsinə kömək edə bilərik" deyə Li Liu qeyd edib.

Bir investor konfransında danışan Liu, şirkətin Appletələblərini qarşılmaq üçün yetərli gücə malik olduğunu bildirib. Apple isə hələki Foxconn-a Çində istehsalındayandırılmasına dair heç bir məlumat verməyib.

Foxconn və Apple, ABŞ və Çin arasındakı ticarət mübahisəsinin diqqət mərkəzində olacağı təqdirdə B planını hazır tutur. İstənilən böhran vəziyyətində, Çin xaricində istehsalın davam etdirilməsi istiqamətində qərarın verilməsi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.