Maraqlı

“HTC” yeni smartfonunu təqdim edib

17 İyun 2019 08:51
0 Şərh     Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tayvanın "HTC" şirkəti "U19e" adlı yeni smartfonunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "HTC U19e" smartfonu tərəflər nisbəti 18:9 olan və "Full HD " (1080x2160 piksel) təsvir ölçülü 6 düymlük ekran, 12 20 meqapiksellik ikiqat əsas kamera, 24 2 meqapiksellik ikiqat ön kamera, arxa panelə quraşdırılmış barmaq izləri skaneri ilə təchiz edilib.

Bundan başqa, aparat "Qualcomm Snapdragon 710" prosessoru, 6 QB-lıq əməli yaddaş və 128 QB-lıq (yaddaş tutumu 2 TB-dək olan "microSD" formatlı kartla artırmaq mümkündür) daxili fləş yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 3930 milliamper/saat tutumuna malikdir.

"Android 9 Pie" əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfon 2 ədəd "SIM" kart, "4G VoLTE", "Wi-Fi" (802.11ac), "Bluetooth 5", "GPS QLONASS", "NFC" texnologiyalarını və "USB Type-C 3.1" portunu dəstəkləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.