Maraqlı

Avropa Kosmik Agentliyi çoxdəfəli kosmik laboratoriya layihəsi hazırlayıb

17 İyun 2019 08:10
0 Şərh     Baxış: 334

Avropa Kosmik Agentliyi (European Space Agency, ESA) orbitə Yerə mütəmadi qayıdacaq pilotsuz uçan laboratoriya buraxmaqla bağlı planlarını açıqlayıb. Bu barədə agentliyin saytında deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Space Rider" ("Kosmik atlı") adlanan layihə kosmik tədqiqatlar üçün xərcləri xeyli azaltmağa imkan verəcək. Laboratoriya artıq sınaqdan keçirilmiş texnologiyalar - "IXV" eksperimental gəmisi və Avropanın "Vega AVUM" raketinin dördüncü pilləsi əsasında yaradılacaq. Bu isə layihənin həyata keçirilmə müddətini azaltmağa imkan verəcək.

"Space Rider" laboratoriyasının ilk buraxılışını 2022-ci ildə Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan həyata keçirmək planlaşdırılır.

Xatırladaq ki, Avropa Kosmik Agentliyi 1975-ci ildə kosmosun tədqiqi məqsədilə yaradılan beynəlxalq təşkilatdır. Təşkilata 22 daimi üzv daxildir, həmçinin bəzi layihələrdə Kanada iştirak edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.