Maraqlı

Dünyada daha bir Çernobıl qəzası baş verə bilərmi? – Alimlər narahatdır

17 İyun 2019 22:15
0 Şərh     Baxış: 1 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya Çernobıl faciəsi ilə bağlı bir çox yeni dərslər öyrəndi, "HBO" telekanalının yeni serialı sayəsində atom elektrik stansiyasındakı dağıdıcı fəlakət bizim mədəni söhbətlərimizin bir parçasına çevrildi.

Bununla belə, faciənin bir çox elementləri hələ də sirr olaraq qalır, biz bir neçə məsələni dəqiq bilirik: 1986-cı ilin aprelin 26-da o vaxtlar SSRİ-yə daxil olan Pripyat şəhəri yaxınlığındakı atom reaktorunun nüvəsi açıldı və havaya radioaktiv maddələrdən ibarət duman buraxmağa başladı.

Milli.Az bilge.az-a istinadən bildirir ki, partlayışın ilk 3 ayı ərzində 30-dan çox insan kəskin radiasiya zəhərlənməsindən öldü. Bu gün isə elm adamları onminlərlə, bəlkə də yüzminlərlə insanın fəlakətdən ciddi surətdə təsirləndiyini düşünür.

Fəlakətin baş verdiyi RBMK tipli yüksək-gücə malik kanal reaktorları (rusca - "Реактор Большой Мощности Канальный") o zamandan bəri Rusiyanın bir çox bölgələrində modifikasiya edilib və onlarda hələ də ciddi konstruksiya xətaları var, məsələn, bu reaktorlarda nəzarət panelləri qrafit ucluqlarından ibarətdir və uran da məhdud zəngin dərəcədədir. Bir çox reaktorların əsas xüsusiyyətləri böyük ethimalla artıq xərclərdən qurtulmaq üçün seçilib.

HBO serialına görə, modifikasiyanın məqsədi "Çernobıla bənzər qəzanın bir daha baş verməsini əngəlləməkdir". Amma bunu söyləmək, ona əməl etməkdən daha asandır.

Dünya Nüvə Assosiasiyası Rusiyada hələ də fəaliyyətdə olan 10 RBMK reaktorunun siyahısını açıqlayıb (Sankt-Peterburqdakı bir RBMK-ın istismarına təzəcə, 2018-ci ildə son qoyulub). Rusiya hazırda dünyada yeganə ölkədir ki, Sovet İttifaqı tərəfindən inşa edilən və qurulan bu cür reaktorlara sahibdir.

4 RBMK Rusiyanın qərbindəki Kursk şəhərində yerləşir. Onlardan üçü 5 milyon insanın yaşadığı Sankt-Peterburqda, daha üçü isə Smolenskdədir (Moskvadan 5 saatlıq məsafədə).

Smolenskdəki RBMK-lardan birinə 2050-ci ilədək fəaliyyət lisenziyası verilib. Qalanların lisenziyaları 2021-2031-ci illər arasında bitəcək. Reaktorların nəzarət panellərində və uran yanacağında dəyişikliklər baş versə də, onların konstruksiyası bir çox alimlərin narahatlığına səbəb olur.

"[Rus rəsmilərin] nə etməsindən asılı olmayaraq, konstruksiyada heç bir halda düzəldilməsi mümkün olmayan təməl aspektlər var", - bu sözləri Narahat Alimlər Birliyinin Nüvə Təhlükəsizliyi layihəsinin direktoru Edvin Liman "Live Science" portalına açıqlamasında deyib:

"Mən onların RBMK-nın təhlükəsizliyini ümumilikdə Qərb tipli yüngül su reaktorunun standartına çatdırmaq bacarığında olduqlarına əmin deyiləm".

Yüngül su reaktorundan fərqli olaraq, RBMK elektrik yaradan neytronların hərəkətini yavaşladan qrafit bloklarından istifadə edir. Bu, "pozitiv boşluq əmsalı" adlanan şeyə imkan verir və reaktorun aşağı güc dərəcəsində qeyri-stabil qalmasına gətirib çıxarır.

Rusiya RBMK-ların işləkliyi 30 il üçün nəzərdə tutulub, ancaq dövlət rəsmiləri onların istismarını artırmağı seçib. 2015-ci ildə Rusiyadakı nüvə enerjisi istismar müddəti uzadılan reaktorlardan ələ edilib.

Dünya Nüvə Assosiasiyasından bildirilib ki, 1970-ci illərdə komissiyadan keçən Kursdakı və Sankt-Peterburqdakı bir neçə köhnə reaktor "Qərb dünyasında bəzi nigarançılıqlar doğurur".

Rusiya israrla yenilənmiş reaktorlarının beynəlxalq təhlükəsizlik standartlarına cavab verdiyini iddia edir.

Ölkədə istifadə olunan elektrikin 19 faizi nüvə enerjisindən əldə olunur və bu əsrin sonuna qədər ölkədəki elektrik enerjisi istehsalının atom reaktorlarının hesabına 80%-ə çatdırılması nəzərdə tutulub.

Beynəlxaq Atom Enerjisi Agentliyi nüvə məmulatları və xidmətlərinin Rusiyanın ən vacib iqtisadi fəaliyyətlərindən biri olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.