Alkoqolizm üzərində genetik mutasiya sayəsində qələbə çalına bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerikalı alimlərin dediyinə görə insanlarda baş verəcək genetik mutasiya sayəsində alkoqolu həzm etmə qabiliyyəti tədricən itiriləcək. Və nəticədə alkoqolizm üzərində qələbə qazanılacaq.
Alkoqolizm tarixi
Öncələr əldə olan məlumatlara görə alkoqol istifadəsinin tarixi erkən əkinçiliyin inkişaf etməsi ilə pivə və şərab kimi spirtli içkilərin kəşf olunması dövrünə qədər uzanırdı. Bu sahədə daha sonralar əldə olunmuş məlumatlar isə göstərdi ki, insanlarda spirti həzm etmə qabiliyyətinin formalaşması daha qədim dövrlərə - əcdadların çürümüş meyvələrlə qidalanmağa başladığı vaxta qədər gedib çıxır.
Alkoqolizm üzərində genlərlə qələbə
Milli.Az yasilelm.com-a istinadən bildirir ki, Pensilvaniya universitetindən olan Kelsi Elizabet Conson və Bencamin Voyt təbii seçmə nəticəsində insanların alkoqolu həzm edə bilməyəcəyi ilə bağlı bir hipotez irəli sürüblər. Proqnozlara əsasən, belə olduqda, təxminən min il sonra alkoqolizm üzərində birdəfəlik və qəti qələbə çalınacaq. Tədqiqatçılar təcrübə əsnasında 2500-dən çox insanın genomunu təhlil etdiklərini deyirlər. "Biz müasir insanlarda müşahidə olunan təkamül dəyişikliklərini izah edə biləcək bir neçə mutasiya aşkar etdik. Bunlar, əsasən malyariyaya qarşı müqaviməti artıran genetik mutasiyalar, o cümlədən ADH qrupuna aid edilən genlərdəki dəyişikliklərdir" - deyə doktor Conson qeyd edir. ADH geni spirtlərin oksidləşməsini başladan alkoholdehidrogenaz fermentini kodlaşdırır. İnsan orqanizmində alkoholdehidrogenazın aktivliyi yaş, cins, irqi mənsubiyyət və genetik xüsusiyyətdən asılıdır. Alkoqol istifadəsi tezliyi (hansı sıxlıqla alkoqol qəbul edilməsi) və müntəzəmliyi artdıqca alkoholdehidrogenaz aktivliyi azalaraq, alkoqolizm riskini də artırmış olur.
Alkoqolizm müdafiə mexanizmi
Conson və Voyt belə qənaətə gəldilər ki, bu gendəki genetik mutasiya orqanizmin "antialkoqol müdafiəsini" aktivləşdirə bilər. Genetik variasiyalar spirtlərin parçalanmasını sürətləndirir, alkoqol qəbul etdikdən dərhal sonra insan özünü pis hiss etməyə başlayır. Və nəticədə spirtli içkilərə qarşı, dayanıqlı həzmsizlik meydana gəlir. Buna baxmayaraq deyilənlər hələ ki nəzəri əsasdadır, mexanizmin məhz necə işlədiyini aydınlaşdırmağa isə alimlər hələ yenicə başlayıblar. Daha əvvəlki araşdırmada Avstraliya və Almaniyadan olan mütəxəssislər alkoqol və təcavüzkarlıq arasındakı əlaqəyə toxunmuşdular. Fransız və kanadalı alimlər tərəfindən aparılmış tədqiqatda isə hədsiz dərəcədə alkoqol istifadəsinin Altshaymer və damar demensiyası kimi xəstəliklərin inkişafı riskini artırdığı da dəqiqləşdirilmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zeynəb Xanlarova uzun aradan sonra görüntüləndi - FOTO
-
“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq
-
Tanınmış aparıcı “Space”dəki işindən ÇIXARILDI
-
Mənzil sahiblərinə ŞAD XƏBƏR - Bu pulu ödəməyə BİLƏRSİNİZ
-
Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq
-
Ərdoğan və Paşinyan arasında telefon danışığı oldu
-
VTB ASC-nin səhmdarları növbədənkənar Ümumi Yığıncaq keçirəcək
-
31 dərəcə isti olacaq - Proqnoz VERİLDİ
-
Polisdən əməliyyat - Keçmiş məhkum həbs edildi
-
Sosial şəbəkələrdə hədiyyə satışı trendi: Fürsət yoxsa dəyərsizlik? - FOTO
-
Bakıda mənzil qiymətləri “od tutub yanacaq” - Almaq istəyənlərin DİQQƏTİNƏ
-
MLS-in ən bahalı futbolçuları açıqlandı - KİMLƏRDİR?
-
Bu məlumatı istəyən saytlara GİRİŞ ETMƏYİN
-
Ərəb ölkələri hava məkanlarını bağladılar
-
Məcburi köçkünlərin sosial problemləri ilə bağlı 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb
-
Mənzil Məcəlləsində dəyişiklik: İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır
-
Azad edilmiş ərazilərdə mülkiyyət hüququ və sosial dəstək genişləndirilir
-
Ələt-Astara yolunda ağır qəza - Sükan arxasında yuxuladı... - VİDEO
-
"Cavab zərbələri ABŞ-yə dərs olmalıdır"
-
Rəqsanənin əri ilə görüntüsü diqqət çəkdi - VİDEO
-
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - VİDEO - FOTO
-
Evliliklə bağlı yeni təklif: Onlar rüsumlardan azad edilə bilər
-
NATO baş katibi Kiyevə gəldi
-
“Qarabağ”ın sabiq futbolçusu qəflətən ÖLDÜ





