Maraqlı

Kim daha tez aşiq olur, qadın yoxsa kişi?

17 İyun 2019 21:40
1 Şərh     Baxış: 3 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Axmaq adam tələsir. Sosioloqların fikrincə, kişilər də tələsir. Bəs səbəb nədir?

"Mən səni sevirəm"

Belə bir dözülməz ümumi qənaət var ki, qadınlar bu üç sözdən ibarət klassik bəyanatı vermək, "bizim axırımız necə olacaq", "biz indi nəyik" kimi sualların cavabını dərhal bilmək üçün sinov gedirlər. Amma tədqiqatlar başqa şeyi göstərir: heteroseksual kişilər qadın partnyorlarından fərqli olaraq, aşiq olmaq, yaxud aşiq olduqlarını zənn etmək üçün daha çox tələsirlər.

Milli.Az bilge.az-a istinadən bildirir ki, 172 tələbə arasında anoloji sorğu keçirilib. Araşdırmada bildirilir ki, kişilər qadınlardan daha tez vurulur və bunu daha tez ifadə edirlər: "Cəmiyyətin güman etdiyinin əksinə, bu nəticələr qadınların "sevgi üçün böyük axmaqlıq etdikləri" qənaətini dəyişdirə bilər".

Tədqiqatın həmmüəliflərindən biri psixoloq Marissa Harrison bu tapıntının tələbələrin əvvəlcədən güman etdikləri anlayışlarla ziddiyət təşkil etdiyini deyib: "Qadınların daha çox, bəzən həddindən artıq emosional, yaxud tələskən olduqları güman edilib. Bizim tədqiqat zamanı da həm kişilər, həm qadınlar qadınların kişilərdən daha tez aşiq olduqlarını və "mən səni sevirəm" deməyə daha çox tələsdiklərini güman edirdilər".

Londonda fəaliyyət göstərən psixoloq Neil Lamont düşünür ki, insanlar bir qayda olaraq kişiləri praqmatik və öhdəlikdən yayınan kimi görürlər. "[Amma] mənalı münasibət qadınlar üçün olduğu qədər kişilər üçün də vacibdir. Sosial və mədəni normalar kişilərə daha güclü və möhkəm olmağı diqtə edə bilər, reallıqda isə kişilər üçün də yaxşı həyat özündə bir qayda olaraq dərin, mənalı sevgi münasibətlərini ehtiva edir".

"Kişi partnyor tapmaq üçün daha həvəslidir, amma yoldan çıxmağa da meyillidir"

Onların nəyə görə daha tez vurulduqları sualına cavab verərkən, Marissa qadınların təkamül baxımından anlaşılan səbəblərdən dolayı daha ehtiyatlı davrandıqlarını deyir. "Məncə, qadınlar kişilərlə müqayisədə sevgini bilaixtiyar təxirə salırlar. Qadın əgər uyğunsuz adamla münasibət qursa, reproduktiv baxımından daha çox şey itirə bilər. Qadın bəlli miqdardakı yumurtalıqlarla doğulur, kişi isə əksinə, gündəlik olaraq saysız sayda sperma istehsal edə bilər".

"Əgər qadın uşağa diqqət etməyən layiqsiz partnyor tərəfindən hamilə qalarsa, bu, ona çox baha başa gələ bilər".

London Tibb Mərkəzinin psixoloqu İngrid Kollins erkək davranışının heyvan cəmiyyətində də rol oynayan təbii aspektlərə yaxın olduğunu deyir: "Erkək əksər vaxt ovçudur və dərhal təhrik olunmağa daha çox meyillidir. Qadın isə uzunmüddətli stabilliyə daha çox köklənib, çünki bu uşaq böyütmək üçün daha məqbuldur".

Araşdırmaçı Neil deyir ki, tez "aşiq olmaq" ərazi iddiasi metodu da ola bilər. "Erkəklərdən ötrü bu istək əlaqəni bacardığın qədər tez qurmağa və daha az təzyiqlə birinci "hüququ əldə etməyi" təmin edə bilər, qadınlar üçün isə bundan ötrü potensial baxımdan daha çox fiziki və emosional investisiya tələb olunur".

"Mən səni sevirəm" söyləmək aktına gələndə isə, Neilin inancına görə, kişilər həm də ona görə birinci tərpənirlər ki, qadınlar riskdən qaçırlar: "Böyük ehtimalla onlar bu cür dərin duyğulu emosiyaları özlərini təhlükəsizlikdə hiss edənə və münasibətə başlamağa əmin olana qədər ifadə etmək istəmirlər. Sənin digər yarına sevgini izhar etməyin risklidir, çünki biz heç zaman onun da eyni şeyi yaşadığından tam əmin olmuruq".

Təkamülçü essensializmdən başqa, bunun səbəbi həm də kişinin dominant olmaq üçün tərbiyə olunmasından qaynaqlana bilər: "Sən hökmlü və hökmran olmağın "erkək xüsusiyyəti" hesab olunduğunu və bunun oyunda sosial norma kimi qəbul olunduğunu iddia edə bilərsən".

Buna baxmayaraq, heteroseksual kişi sadəcə olaraq aşiq olduğunu düşünürsə belə, bu, sevginin uzun müddət davam edəcəyinə zəmanət vermir. "Mən terapevt kimi öz təcrübəmə əsasən deyə bilərəm ki, kişi partnyor tapmaq üçün daha həvəslidir, amma yoldan çıxmağa da meyillidir".

Marissanın tədqiqatı heteroseksual kişilərin sevgidən tez soyuyub-soyumadıqları sualına cavab vermir, amma onun fikrincə, onlar çox güman, qadın partnyorları ilə müqayisədə bir münasibətdən digərinə daha asan keçirlər: "Məsələn, kişi eyni vaxtda 5 qadınla sekslə məşğul ola bilər və onların hamısı da hamilə qala bilər, ancaq qadın beş kişi ilə sekslə məşğul olsa, yalnız bir kişidən hamilə qala bilər".

Amma o həm də vurğulayır ki, bu sədaqətsizlik həyatda qalma instikti kimi qəbul olunmur və olunmamalıdır. "Bu gün əgər kişi qadınla münasibətə girirsə və yaxud qadın kişi ilə münasibətə girirsə, onun modern preferental korteksi bu əlaqəni saxlamağa imkan verir. Yəni demək istədiyim budur ki, təkmilləşmiş istəklər partnyora sədaqətsizliyə, yaxud onun tərk ediləcəyinə rəvac vermir".

Daha sadə dillə desək: kişilər öz xəyanətlərinə "növlərin sağqalması", yaxud təkamül bəhanəsiylə haqq qazandırmamalıdırlar, kişilər artıq mağara insanları deyillər - onların beyni arzularına nəzarət etmək üçün yetərincə təkamül edib.

Amma hər halda, onlar böyük ehtimalla birinci "Mən səni sevirəm" deyəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.