Maraqlı

Bir Yasinin savabı milyonlarla ölüyə necə çatır?

17 İyun 2019 23:50
4 Şərh     Baxış: 2 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu suala nümunələrlə cavab vermək daha yaxşı olar. Bir otaqda yanan lampanı düşünün. Orada bir nəfər də olsa, on nəfər də olsa həmin işıqdan eyni dərəcədə faydalanacaqlar. Yəni işıqdan faydalanmaq üçün otaqdakı insanların sayının təsiri yoxdur.
Başqa bir nümunə. Uzaqdan səs gəldiyini düşünün. 50 nəfər də həmin səsə qulaq asır və hamısı eyni dərəcədə həmin səsi eşidir. Biri az, digəri çox deyil, məhz hamısı eyni cür eşidir.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, Quran da belədir. Onun nurundan hər kəs eyni dərəcədə faydalanır. Bir ölünün arxasınca oxunan Yasin bütün müsəlmanlara hədiyyə edilsə, yenə də onun savabında əksilmə olmaz. Əksinə nə qədər çox insanı əhatə etsə, onu oxuyana o qədər çox savab gətirər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.