Maraqlı

İnsan orqanları satıla bilərmi?

17 İyun 2019 19:55
0 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam insanların sağlamlığına çox ciddi əhəmiyyət verir. Kainatın Əfəndisi (s.a.v.) bir hədisi-şərifində buyurub: "Ey Allahın qulları, müalicə yollarını axtarın. Bunu yaxşı bilin ki, Allah dərmanını yaratmadığı dərdi də yaratmayıb. sadəcə ölüm müstəsnadır, onun dərmanı yoxdur". Hz. Əbubəkir (r.a.): "İmandan sonra ən böyük nemət sağlamlıqdır",- buyurub. Demək ki, mömin dərdinə dəva axtarma yolunda ümiddən düşməməlidir. Bu hədis eyni zamanda tibb elminin gələcəkdə daha da inkişaf edəcəyinə işarədir. İslam insanların xəstəliklərdən qurtulması üçün onlara böyük ümidlər verməklə yanaşı, bir insanın həyatını xilas etmək üçün digərini öldürməyə əsla icazə vermir. Bir həkimin zənninə əsasən, ölmüş sayılan insanın ürəyini çıxarıb başqasına nəql etmək olmaz, buna İslam icazə vermir.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, bu işi görmək həm böyük günah, həm də ağır cinayətdir. Ürəyini bağışlamaq haqqına ürəyin yiyəsi də sahib deyil. Heç kim öz ölümünə səbəb ola biləcək addım ata bilməz, çünki orqanlarımız bizə əmanətdir. Ancaq bir böyrəyini başqa bir insana bağışlamaq mümkündür. Çünki böyrəyin yoxluğu insana ölüm gətirməz, amma onun sağlamlığına müəyyən xələl gətirə bilər. Ona görə də bu bir intihar deyil, fədakarlıqdır.
İnsan ölümündən sonra hər hansı bir orqanının nəql olunmasını vəsiyyət edə bilər. Ancaq bunda niyyət pul qazanmaq və ya qazandırmaq olmamalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.