Maraqlı

Tarkanın məzar daşı üzə çıxdı

12 İyun 2019 18:44
1 Şərh     Baxış: 1 421

Antalyada qəbir daşları hazırlayan Mehmet Çetin Tarkana olan sevgisini ölümsüzləşdirmək üçün iş yerinin qarşısına sənətçinin fotosu olan məzar daşı qoyub.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, bunu görənlər "Tarkan öldümü?" sualını veriblər.

Məlum olub ki, Çetin bunu reklam məqsədi ilə hazırlayıb. O, bildirib ki, iş yerinə gələn müştərilərə hazırladığı nümunələri göstərmək üçün öz qəbir daşını da hazırlayıb:

"Ölsəm, qəbir daşım hazırdır. Mənimlə maraqlananlar üçün telefon nömrəmi də yazmışam. Qəbir daşlarına şəkil vururuq. Mən də Tarkanı çox sevdiyim üçün qəbir daşını hazırladım. Bəzi vətəndaşlar isə Tarkanın öldüyünü soruşurlar".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Kamilla · 13 İyun 10:1500

    Boyyyyy...?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.