Maraqlı

Latviya sinoptikləri həyəcan təbili çalır

12 İyun 2019 21:59
0 Şərh     Baxış: 1 423

Latviya sinoptikləri "narıncı xəbərdarlıq" adlı həyəcan təbili çalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Latviyanın ətraf mühit, geologiya və meteorologiya mərkəzi gözlənilən anomal istilər səbəbindən əhalini xəbərdar edib. Belə ki, mülayim hava şəraitinə alışmış şimallılar üçün bu həftə gözlənilən 32 dərəcə isti təhlükəlidir. Bəzi ərazilərdə isə istilik 34 dərəcəyə çatacaq.

İndiyədək iyunda belə isti hava 1973-cü ildə qeydə alınıb.

Güclü istilərdən sonra isə yağış və çovğun gözlənilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.