Maraqlı

avto25

9 İyun 2019 15:21
0 Şərh     Baxış: 102

Rivian elektrokarları bir-birini qidalandıracaqlar - FOTO

Rivian elektrokarları bir-birini enerji ilə təmin edəcəkdirlər. Bundan başqa, firma dolu batareya ilə yürüş məsafəsini artıracaq yeni texnologiyanı da patentləşdirib. Bu barədə KİV nümayəndələrinə Rivian şirkətinin baş direktro Robert Skerinc bildirib.

Riviann öz elektrokarlarını "macəra üçün avtomobillər" adlandırır və bu səbəbdən də, istehsalçı avtomobillərin bir-birindən qidalanması imkanını nəzərdə tutub. Bu barədə The Drive nəşrinə məlumatı Skerinc özü verib. Bu texnologiya yaxınlıqda elektrik yükləmə stansiyasının olmaması halında gərək ola bilər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, bundan başqa, Rivian çıxarılan köməkçi modul batareyaları sistemini də patentləşdirib. Onları pikapın kontakt girişləri və soyutma sisteminin birləşmə konturları olan yük bölümünə yerləşdirmək olar. Patent ərizəsində qurğu həm şaquli, həm də üfüqi akkumulyator blokları kimi təsvir edilibdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.