Maraqlı

Trakka atelyesi Sprinter furqonunu kemperə çevirib - FOTO

22 İyun 2019 19:35
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mercedes-Benz Sprinter modeli ən universal furqonlardan biri sayılır. Avstraliyanın Trakka atelyesinin mütəxəssisləri bu furqonun üstünlüklərini vurğulamaq üçün onu mətbəxi, vanna və yataq otağı, iki kameralı soyuducusu olan təkər üzərindəki evə çeviriblər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, kemper üçüncü nəsil Mercedes-Benz Sprinter furqonunun əsasında inşa edilib. Yeddi metrlik mikroavtobus səyahəti sevənlər üçün istənilən şəraiti təklif edir. Burada ikiyerli yataq otağı, məişət texnikası dəsti ilə təchiz edilmiş mətbəxi və tualeti olan vanna otağını görmək olar. Tualet və vannaya su 140 litrlik çəndən daxil olur. İşlənmiş sular 80 litrlik çənə yığılır.

Jabiru Sprinter Camper Van modeli 200 amper-saatlıq litium ion batareyasının doldurulması üçün nəzərdə tutulmuş 300 kilovatlıq günəş elektrik stansiyası ilə də təchiz edilib. Bundan başqa, kemper şüşəsaxsıdan hazırlanmış yemək plitəsinə, mikrodlğalı sobaya, paslanmayan poladdan hazırlanmış əl-üz yuyana və boylerə malikdir. Salonun qızdırılması sistemi dizel yanacağı ilə çalışır. Əlavə ödənişlə ikinci kondisioneri də quraşdırmaq olar.

Jabiru modelinin ən maraqlı cəhəti salonda quraşdırılmış iki kameralı soyuducudur. Soyuducunun fırlanan gövdəsi sərinləşdirici içkiləri çöldən rahat götürmək üçün nəzərdə tutulubdur. 188 at qüvvəli turbodizel ilə təchiz edilmiş furqonu tam ötürməli çəkişi olan versiyada da sifariş etmək olar. Jabiru Sprinter Camper Van modelinin qiyməti 125 600 dollardan başlayır. 4Matic sistemi isə 14 min dollara başa gələcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.