Maraqlı

Ultima BMW M3 sedanının qiymətinə superkar təklif edir - FOTO

17 İyun 2019 21:30
0 Şərh     Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Le Man seriyasının Group C qrupu üçün avtomobillərin buraxılışı üzrə ixtisaslaşmış Ultima Sports firması yeni superkarını təqdim edib. Ümumi yollara çıxışı olan Ultima RS trek avtomobilini 1217 at qüvvəli Chevrolet mühərriki ilə təchiz etmək təklif olunur.

Ultima RS məkanvari rama və ortamühərrikli quruluşunu qoruyub-saxlayıb. Lakin, avtomobilin konstruksiyasında tətbiq edilən karbonun sayı artırılıb. Axın generatoru olan yan hava girişlərinin, kanardların və arxa antiqanadın hazırlanması zamanı kompozitdən istifadə olunub.  Daha bir yenilik şassinin strukturuna inteqrasiya edilmiş splitterdir. Bu element ön oxü böyük yerəbasma gücü ilə təmin edir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, superkar birbaşa çiləməli səkkiz silindrli Chevrolet LT mühərrikləri ilə təchiz edilir.  Güc aqreqatının atmosfer variantları 487 və 659 at qüvvəsi, kompressorlu LT5 verisiyası isə 811 at qüvvəsi hasil edir. Müştərinin arzusu ilə sonuncu mühərrikin gücünü 1217 at qüvvəsinə qədər artırmaq mümkündür. Bütün mühərriklər Autobionics mühəndislik firması tərəfindən təkmilləşdiriliblər. Mühərriklər Porsche şirkətinin istehsalı olan altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilirlər. Ultima RS LT5 yerindən 60 mil/saat (97 km/saat) həddinə 2,3 saniyəyə, 150 mil/saat (241 km/saat) həddinə isə 8,9 saniyəyə sürətlənir. Hiperkarın maksimal sürəti 402 km/saatdır.

Superkar standart olaraq tənizmlənən amortizatorlar, əyləc gücünün ön və arxa təkərlər arasında paylanmasını tənzimləməyə imkan verən əyləc sistemi, aktiv çəpərciyi olan paslanmayan poladdan hazırlanmış buraxılış sistemi, 19-düymlük döymə təkər diskləri və LED işıq texnikası ilə təchiz edilir. Opsional olaraq, Ultima RS modelini ön oxu 40 millimetr qaldıran hidravlik lift sistemi ilə də təchiz etmək olar.

İstehsalçı yeni superkarın qiymətini elan etməsə də, onun yeni BMW M3 ilə qiyməti ilə müqayisə olunacağını qeyd edib. M3 sedanı Böyük Britaniyada 59905 funt sterlinqə satılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.