Maraqlı

Dünyanın ƏN QEYRİ-ADİ təyyarəsi hazırlandı - Sərnişinlər QANADLARDA UÇACAQ - FOTO

12 İyun 2019 21:32
1 Şərh     Baxış: 5 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən qeyri-adi sərnişin təyyarəsi hazırlanıb.

Milli.Az xəbər verir ki, Hollandiyanın Delft Texnologiya Universitetində Custus Bernardın müəllifliyi ilə "Flying-V" (Uçan V) təyyarəsi ərsəyə gətirilib.

Təyyarə yanacağa qənaət edir və hava nəqliyyatının davamlılığını artırır. "Flying-V" "Airbus A250-900" modelinə nisbətən 20% daha az yanacaq sərf edir. 314 nəfərlik sərnişin heyəti və 65 metr qanad genişliyinə sahibdir. Yeni dizaynlı təyyarədə sərnişin oturacaqları qanadların içində yerləşdirilib.

Hollandiyanın "Royal Dutch Airlines" (KLM) milli aviasiya şirkəti "V" formasında təyyarənin kütləvi istehsalı üçün maliyyə ayıracağını açıqlayıb.

Delft Texnologiya Universitetnində layihə rəhbəri Rolef Vos bildirib ki, bu dizayn gələcəkdə elektriklə işləyən təyyarələrin hazırlanmasına yardımçı olacaq. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.