Maraqlı

Bakıdan Çernobıla turlar başladı - Sertifikat da verilir - FOTO

12 İyun 2019 15:44
3 Şərh     Baxış: 2 434

"Çernobıl" faciəsinə həsr olunmuş eyniadlı serialın dünyadakı uğurundan sonra bu əraziyə turist axını başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, turlar əsas iki məntəqə üzrə həyata keçirilir: birincisi faciənin yaşandığı Pripyat şəhərinə, ikincisi isə filmin kadra alındığı, "Çernobıl" stansiyasının imitasiyası olan "İqnalinsk" Atom Elektrik Stansiyasına.

"İqnalinsk" AES ziyarətçiləri üçün giriş biletlərini almaq elə də asan deyil. Belə ki, qiyməti 100 funtsterlinq olan giriş bilet 2-3 ay öncədən alınmalıdır.

Artıq Azərbaycanda da turizm şirkətləri Çernobıla turlar təşkil etməyə başlayıb. 

Səyahət turunun qiyməti 366 USD-dən başlayır. Bu qiymətə oteldə yerləşmə, ətraflı ziyarət ediləcək yerlərin gündəmi, səyahət sığortası, transport, sənədli filmlərin izlənilməsi, marşrutun xəritəsi, Çernobıl qəzalı zonasını ziyarət etdiyiniz üçün xüsusi sertifikat daxildir.

Bu kimi tur təklifləri vətəndaşlar üçün maraqlı olsa da, onlar hələ də ərazidə radiaktiv şüalanmanın olduğuna görə, səfərdə iştirakı uyğun saymırlar.

Azərbaycanlı fotoqraf Orxan Əzim də 2016-cı il fevral ayında Çernobıla səfər edənlərdəndir. Fotoqrafın sözlərinə görə, əraziyə gedən zaman ona xüsusi hər hansı bir geyim verilməyib. Nəticədə də, səhhətində müəyyən dəyişikliklər baş verib:

"Mən Pripyata Kiyevdən fərdi şəkildə getmişdim. Orada tur şəklində 1 gün ( nahar daxil) 125 dollar, fərdi isə 450 dollardır. Xüsusi təhlükəsizlik üçün heç bir geyim verilməmişdi. Səfərdən sonra səhhətimdə bəzi dəyişikliklər hiss edirəm, amma yoxlanmamışam deyə bilmirəm nədir. Şüalanma hələ də var və aparılan tədqiqatlara görə uzun zaman gedəcək.

Orada olanda, hər şeyə, demək olar ki, heyranlıqla baxıb çəkirdim. Aylarla xəyalında canlandırdığın bir məkanda birdən birə olmaq, möcüzə kimi gəlirdi".

Fotolar Orxan Əzimə məxsusdur.





Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Iranli - Azeri · 12 İyun 16:3810

    Allah qoysa gederik

    Cavab yaz
  • Anonim
    Qaqa · 12 İyun 16:4520

    cekilen filmin adi nedir ? yoxsa seryaldi?

    Cavab yaz
    • Anonim
      Arda · 12 İyun 17:5020

      Çernobıl. 5 seriyadan ibarətdir.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.