Maraqlı

LG W adlı yeni büdcəli seriya - FOTO

15 İyun 2019 22:50
0 Şərh     Baxış: 1 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

LG şirkəti özünün LG W adlı yeni büdcəli smartfon seriyasını təqdim etməyə hazırlaşır. İndi isə internetdə bu seriyaya daxil olacaq ilk smartfon modeli barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Gizmochina saytına istinadən Gagadget saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, ortaya çıxmış posterlərə əsasən smartfon 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla belə smartfonun qalınlığı 8.5 mm təşkil edəcək. Smartfon 12 nanometrlik texnoloji proses əsasında hazırlanmış 2.0 GHz tezlikdə çalışan 8 nüvəli prosessor ilə təchiz olunacaq. Smartfonun sahib olacağı prosessorlar sırasında üç variant var: MediaTek Helio P22, Helio P60 və Snapdragon 439.

Smartfon həmçinin Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, LG W seriyasına daxil olacaq ilk smartfon ekran üzərində damcı formalı çıxıntı hissə, arxa paneldən barmaq izi skanı texnologiyası və üçlü arxa kamera ilə təchiz olunacaq. Onun güman olunan qiymət göstəricisi isə 150$-dır. Smartfonun təqdimatı artıq bu ay baş tutmalıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.