Maraqlı

Yupiter Yerə maksimum yaxınlaşdı – Kosmik fenomen

15 İyun 2019 23:45
1 Şərh     Baxış: 1 230

Qaz nəhəngi Yupiter Yerə maksimum məsafədə yaxınlaşıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə NASA-dan bildirilib.

Məlumata görə, qarşıdakı bir neçə gecə ərzində planetimizin sakinləri adı gözlə Yupiteri müşahidə etmək imkanına sahib olacaqlar. Hazırda Günəş sisteminin ən nəhəng planeti olan Yupiter Yerdən 640 milyon kilometr məsafədə dayanıb. Bu məsafə iki səma cisminin arasında mümkün olan ən yaxın məsafədir. İnsanlar bu günlərdə yalnız Yupiteri deyil, onun peyklərini də müşahibə edə biləcəklər.

Qeyd edək ki, sözügedən fenomen hər il təkrarlanır. Yupiter Günəş boyunca bir xətt üzrə hərəkət edən zaman onun üzərində əks olunan işıq planeti parlaq obyektə çevirir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Zuni · 16 İyun 00:4800

    Gece gormek mumkundu yoxsa gunduz?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.