Maraqlı

Avtomobil qəzalarında xəsarətləri aşağı salacaq hava yastığı

15 İyun 2019 19:45
0 Şərh     Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobil qəzalarında xəsarətləri ən aşağı səviyyəyə salacaq dünyanın ilk xarici hava yastığı yaradılıb.

ZF şirkəti nəqliyyat vasitələrində qoruma texnologiyalarından olan hava yastıqlarını yeni nəsil səviyyəsinə çıxardı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, avtomobil texnologiyaları üzərində işləyən ZF şirkəti, bir ilki sınayaraq nəqliyyat vasitəsinin xaricində yerləşdirilən hava yastığı sistemini qurdu. Bu sistem, xüsusilə yan tərəfdən dəyərək yaranan qəzalardakı xəsarətləri azaltmaq məqsədiylə hazırlandı. Yalnız Almaniyada yaşanan yandan dəyilən qəzalarda ildə 700 adam həyatını itirir.

Şirkət qəzadan əvvəl aktiv olan sistem sayəsində reallaşan yol qəzalarındakı xəsarətləri 40% nisbətində azalacağını nəzərdə tutur. Vasitənin ön tamponuna yerə paralel şəkildə yerləşdirilən hava yastığı, nəqliyyat vasitəsi üzərindəki sensorlarla paralel bir formada işləyir. Olduqca sürətli bir formada aktivləşən sistem, 150 milli-saniyə ərzində qəza olacağına qərar verir və hava yastığını aktivləşdirir.

Sistemin sinxronizə bir formada işləməsi isə bir-birinə bağlanmış kamera, radar və sensorlarla reallaşdırılır. Sistem, bu sayədə potensial qəzanı, qəzanın təsirini və xarici hava yastığına ehtiyac olub olmadığına qərar verə bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.