Maraqlı

Rihanna: "Ana olmaq istəyirəm”

12 İyun 2019 11:01
0 Şərh     Baxış: 1 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

31 yaşlı dünya ulduzu Rihanna "Interview Magazine" jurnalı üçün həm fotosessiya etdirib, həm də həyatı haqqında açıqlamalar verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ərəb milyarder Həsən Cəmil ilə görüşən müğənni müsahibəsində aşiq olduğunu etiraf edib. Lakin Rihanna onu da əlavə edib ki, toyun baş tutub-tutmayacağını ancaq Allah bilir:

"Bunu ancaq Allah bilər. Allahı güldürmək istəyirsənsə, ona gələcək planlarından danış, elə deyilmi? Amma dünyada hər şeydən çox ana olmaq istəyirəm".

Sənətçi onu da əlavə edib ki, yalnız son bir neçə ildə özünə vaxt ayırmağın nə qədər vacib olduğunu başa düşüb, çünki ruh sağlamlığı buna bağlıdır:

"Əgər xoşbəxt deyilsinizsə, xoşbəxt olmayacaqsınız, hətta istədiyiniz işi etsəniz belə. İstəmirəm ki, işim təkrarlanan rutinə çevrilsin. Yeni bir münasibətə başladım və bu, mənim üçün əhəmiyyətlidir. Başa düşdüm ki, şəxsi həyatıma vaxt ayırmaq lazımdır. Biznesimlə məşğul olduğum kimi münasibətlərə vaxt ayırmaq lazımdır. İndi gündəliyimdə özümə ayırdığım günlər qeyd olunub, bu, mənim şəxsi həyatıma həsr olunmuş günlərdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.