Maraqlı

Unsuz və şəkərsiz qurabiyə - Resept

11 İyun 2019 20:58
8 Şərh     Baxış: 2 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pəhriz zamanı şirniyyat yeməkdən çəkinirik.

Milli.Az Axşam.az-a istinadən təqdim etdiyi qurabiyənin tərkibində isə nə şəkər, nə də un var.

Lazım olanlar:

2 yumurta ağı
10 ədəd xurma
1 fincan kokos qırıntısı
yarım fincan kokos yağı və ya zeytun yağı
1 fincan xırdalanmış fındıq

Xurmaları suda saxlayıb yumşalmasını gözləyin. Daha sonra çəngəllə püre halına gələnədək əzin. Yumurta ağı ilə yağı mikserlə qarışdırın. Qalan bütün ərzaqları əlavə edib birlikdə yoğurun. Kiçik parçalar götürüb soba qabına düzün. 180 dərəcədə üstü qızaranadək bişirin.

Nuş olsun!

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.