Maraqlı

Ömrünü uzatmaq istəyirsənsə dostlarınla vaxt keçir

11 İyun 2019 23:05
1 Şərh     Baxış: 889

Dostlarla daha çox vaxt keçirmək ömrü uzadır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, dostlarla vaxt keçirmək səhhətimiz üçün xeyirdir.  Bu qənaətə Oksford Universitetinin araşdırmaçıları gəlib. Belə ki, rəfiqəsi ilə həftədə iki dəfə görüşən qadınlar daha sağlam, immuniteti isə daha möhkəm olur.

Tədqiqatın rəhbəri - həkim Dobin Danbarın qənaətinə əsasən sosiallaşmaq hər iki cinsin həm fiziki, həm də emosional sağlamlığına əhəmiyyətli təsir göstərir.

Xüsusilə dostlarla vaxtın səmərəli və əyləncəli keçirilməsi faydalıdır. Bu zaman intim yaxınlıq və ya şokolad yedikdən sonra bədəndə artan endorfin hormonları ifraz olunur.

Amma müasir dünyada dostlarla görüş təşkil etmək çətindir, hər 5 qadından yalnız 2-si həftədə 2 dəfə öz rəfiqəsini görür.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    asi · 11 İyun 23:4010

    Həyatda dostum var ki, vaxt da keçirəm))??. Sağ olsunlar Milli dostlar,qiyabi də olsa, vaxtım onlarla keçir)..Ömrüm uzun olarsa, demək ki, sizlərin də rolu var).. Qəməndirlə inanmıram ki, dost ola bulərik), dost olmaq üçün xarakterlərimiz ziddiyyət təşkil edər, elə ən yaxşısı qəməndir olaraq qalsın..Qardaşımla aramızdan su keçməsə də tez-tez fikirlərimiz tərs düşür, bu da belə getdi. .Anamla aramız çox pərdəlidi, qızımın da xarakterli mənlə uzlaşmır)) ..Yerdə bircə mişonkam qalır, hə bax onunla qəşəng dostluq edə bilirəm..Bir-birimizi bir baxışla anlayırıq))..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.